Qəfər Heydərovdan, Abşeron, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 fevral 2024, 09:15
Möhtərəm cənab Prezident!
Növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Tarixə zəfər seçkiləri kimi düşən bu seçkilərdə əslində bütövlükdə Azərbaycan xalqı qələbə qazandı. Çünki xalqa verdiyi bütün vədlərə sadiq qalan, hər bir azərbaycanlının Prezidenti olan alternativsiz Liderimiz qalib gəldi.
Sizin rəhbərliyinizlə indi Azərbaycan heç vaxt olmadığı qədər güclü, qüdrətli bir dövlətdir, dünyada söz sahibidir. Beynəlxalq aləmdə bizi qalib ölkə kimi tanıyırlar və bu, olduqca qürurvericidir. Siz ölkəmizin inkişafının, müstəqilliyimizin möhkəmlənməsinin, xalqımızın rifahının təminatçısısınız. Sizə uzun ömür, cansağlığı, çətin və şərəfli vəzifənizdə tükənməz enerji arzulayırıq.
Hörmətlə,
Qəfər Sabəli oğlu Heydərov
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.