Fazil Mustafayevdən, Şəki, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 fevral 2024, 09:30
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı!
Növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm,
Sizin rəhbərliyiniz altında ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə sürətlə abadlıq-quruculuq işləri görülür, insanlarımız öz doğma yurdlarına qayıdırlar.
Bütün bu uğurlar bizi hədsiz sevindirir, hər birimizdə Sizə qarşı ehtiram, iftixar hissləri yaradır. Sizə ölkəmizin hərtərəfli inkişafı naminə yorulmaz fəaliyyətizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Mustafayev Fazil Yunus oğlu,
II qrup Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Şəki şəhəri.