İlham Əliyev ABŞ-ın Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir


18 oktyabr 2012, 17:30
Prezident İlham Əliyev ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulandı, bu münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.
Görüşdə, həmçinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə, regional sülhün və sabitliyin təmin olunması məsələlərindən danışıldı, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakının əhəmiyyəti yüksək qiymətləndirildi, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik vurğulandı.