logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Muradəli Hüseynovdan, Saatlı, Azərbaycan

Text size icon-size icon-size

21 fevral 2024, 14:56

Möhtərəm cənab Prezident!

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan vətəndaşları növbəti dəfə Sizə yüksək etimad göstərdilər və beləliklə, rifaha, yeniliyə, inkişafa, tərəqqiyə səs verdilər. Xalqımız bundan sonra da öz Liderinin ətrafında bir yumruq kimi sıx birləşərək daha böyük uğurlar əldə ediləcəyinə inandığı üçün Sizi Prezident seçdi. Sizin siyasətinizi, verdiyiniz qərarları, atdığınız addımları həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Artıq xalqımızın, dövlətimizin həyatında yeni bir dövr başlayır. Sizin rəhbərliyinizlə bizi qarşıda fəth ediləcək yeni zirvələr, qazanılacaq böyük zəfərlər gözləyir.

Cənab Prezident, seçkilərdəki qələbəniz münasibətilə Sizi təbrik edir, Sizə cansağlığı, uzun ömür, şərəfli vəzifənizin həyata keçirilməsində uğurlar arzulayıram. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Muradəli Əzizulla oğlu Hüseynov

Azərbaycan Respublikası, Saatlı rayonu, Gomuşçu kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi