logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Günel Əliyevadan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

21 fevral 2024, 14:16

Cənab Prezident!

Sizin uğurlu siyasətiniz bizə 44 günlük Vətən müharibəsində Zəfər sevinci yaşatmış, Qarabağı öz sahiblərinə geri qaytarmışdır.

Biz Sizinlə qalib olmağı öyrənmişik. Sizə qalibiyyət çox yaraşır. Bu səbəbdən biz gənclər hər zaman Sizin siyasətinizi dəstəkləyir, yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirik.

Atalar nahaq yerə “Güc birlikdədir!” deməyib. Siz xalq-iqtidar-ordu birliyini elə formalaşdırdınız ki, qarşısıalınmaz oldu. Bu birliyin sayəsində hələ çox zirvələr fəth edəcəyimizə inanırıq.

Hörmətlə,

Əliyeva Günel

Azərbaycan Respublikası, Şəki şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi