Tofiq Salmanovdan, Bakı, Azərbaycan
21 fevral 2024, 13:50
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Ərazilərini düşmən işğalından azad edib, suverenliyini bərpa etdiyiniz bütöv Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin çoxsaylı kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.
Doğma Azərbaycanımız Sizin rəhbərliyiniz altında son 20 ildə böyük inkişaf yolu keçmiş, iqtisadi və hərbi qüdrətini yüksəlmişdir. Dövlətimizin daha da gücləndirilməsi naminə Allah Sizi və ailənizi qorusun.
Kollektivimiz daim Sizinlədir!
Hörmətlə,
"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin 350 nəfərlik işçisi adından,
Tofiq Salmanov
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.