Azər Mahmudovdan, Daşkəsən, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
21 fevral 2024, 13:07
Hörmətli cənab Prezident,
Sizi yenidən ölkə rəhbərimiz kimi görmək bizim üçün böyük xoşbəxtlikdir. Çünki məhz Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan hazırkı inkişaf səviyyəsinə gəlib çatıb. Siz bizi bütün dünyada qalib xalq kimi tanıtmısınız. Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət nəticəsində ölkəmiz gündən-günə gözəlləşir, inkişaf edir, beynəlxalq aləmdə daha çox nüfuz qazanır, xalqımızın rifahı yüksəlir.
Sizi seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə kəndimizin bütün sakinləri adından ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, ailə səadəti, çətin və şərəfli vəzifənizdə müvəffəqiyyətlər arzulayıram.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Azər Məhərrəm oğlu Mahmudov
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Əhmədli kəndi