Tural Qasımlıdan, Şamaxı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
21 fevral 2024, 12:52
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi qəlbdən təbrik edirik.
Seçkidəki böyük qələbəniz Azərbaycanın daxili və xarici siyasətində müstəsna dərəcədə uğurlu fəaliyyətinizin bariz gostərəcisidir.
Torpaqlarımız işğaldan azad edildikdən qısa müddət sonra bərpa quruculq işlərinin aparılması və bununla bərabər digər şəhər və rayonlarda abadlıq işlərinin eyni sürətlə davam etdirilməsi Sizin rəhbərliyiniz altında dövlətimizin böyüklüyünü, qüdrətini göstərir.
Həyata keçirdiyiniz müstəqil və qətiyyətli siyasət sayəsində Azərbaycan dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş, regionda aparıcı dövlətlərdən birinə çevrilmişdir.
Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Qasımlı Tural, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri
Azərbaycan Respublikası, Şamaxı rayonu