logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəhruz Əliyevdən, Laçın, Azərbaycan

Text size icon-size icon-size

21 fevral 2024, 11:42

Əziz və hörmətli Prezident,

Növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən dövlətimizin başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunduqdan sonra ölkəmizdə keçirilən ilk seçkilərdə vətəndaşlarımız böyük iftixar hissi ilə iştirak etdilər və yenidən Sizə - xoşbəxt, təhlükəsiz gələcəyimizin təminatçısına, Heydər Əliyev siyasi kursunun layiqli davamçısına səs verdilər. Bu qələbə Azərbaycan xalqının Sizə olan güvəninin, etimadının daha bir əyani təsdiqidir. İnanırıq ki, doğma Vətənimiz Sizin müdrik addımlarınız sayəsində daha da güclənəcək, qüdrətlənəcək, inkişaf edəcəkdir.

Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun!

Hörmətlə,

Bəhruz Allahverdi oğlu Əliyev

Azərbaycan Respublikası, Laçın rayonu, Zabux kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi