Hüseyn İsmayılovdan, Naxçıvan, Azərbaycan
21 fevral 2024, 11:15
Hörmətli cənab Prezident,
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.
Səsvermə günü insanlar yüksək əhval-ruhiyyə ilə seçki məntəqələrinə gəlirdilər. Vətəndaşlar yüksək seçici fəallığı nümayiş etdirərək öz layiqli namizədinə - alternativsiz Liderinə səs verdilər. Sizin inamlı qələbəniz xalqımız tərəfindən ölkəmizin tərəqqisi, tarixi nailiyyətlərin əldə olunması üçün göstərdiyiniz misilsiz xidmətlərə verilən qiymətdir.
Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan daim nailiyyətlər qazanacaq, ölkəmiz daha da güclənəcəkdir.
Ulu Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Hüseyn İsmayılov,
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbəsi.