Tural Zeynalovdan, Quba, Azərbaycan
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
21 fevral 2024, 10:04
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirəm. Vətəndaşlarımız haqlı olaraq bu dəfə də Sizə - qalib xalqın qalib Liderinə yüksək etimad göstərdi. Bu qələbə Sizin ötən iyirmi ildən artıq müddətdə xalq və dövlət qarşısındakı xidmətlərinizin məntiqi nəticəsidir. Bizim Sizə inamımız, güvənimiz sonsuzdur. Əminik ki, Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində Azərbaycan daim yeni zirvələr fəth edəcəkdir.
Sizə cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Tural Mustafaqulu oğlu Zeynalov
Azərbaycan Respublikası, Quba rayonu.