logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Teymur Haqverdiyevdən, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

21 fevral 2024, 09:14

Hörmətli cənab Prezident!

Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da qəhrəman şəhidlərimizin xatirəsinin yaşadılmasına böyük önəm verilir, onların ailə üzvlərinə, müharibə əlillərinə və iştirakçılarına diqqət və qayğı göstərilir. Sizin və Mehriban xanımın qayğısını hər zaman hiss edirik. Respublikamızda qazilərin müalicəsi, şəhid ailələrinin, həmçinin hərbiçilərimizin sosial təminatı ilə bağlı çox böyük addımlar atmısınız və bu işləri davam etdirirsiniz.

Cənab Prezident!

Sizi fevral ayının 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibəti ilə təbrik edir, Sizə işlərinizdə uğurlar arzulayır, həyata keçirdiyniz daxili və xarici siyasətinizi dəstəklədiyimizi bildiririk.

Hörmətlə,

Haqverdiyev Teymur Yevgeni oğlu,

3-cü qrup Vətən müharibəsi əlili

Azərbaycan Respublikası, Abşeron rayonu, Məmmədli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi