Hüseynbala Mirələmovdan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
21 fevral 2024, 09:10
Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!
Mən Vətənini, dövlətini canından-qanından çox sevən, ona bütün varlığıyla bağlı olan bir Vətən övladıyam. Böyük fəxrlə-qürurla deyirəm ki, Prezident seçkilərində ailəmlə birlikdə iştirak etdik, Sizə – Müzəffər Ali Baş Komandana səs verdik. Elə bilirəm ki, Vətənimiz qarşısında ən böyük borcumuzu yerinə yetirdik.
Cənab Prezident!
Andiçmə mərasimindəki çıxışınızı həm ölkə, həm ondan kənarda böyük şövq və ruhla dinləyən milyonlardan biri kimi demək istəyirəm ki, o mötəbər kürsüdən çıxışınız hər birimizin urəyincəydi. Çünki dediyiniz hər sözün, hər ifadənin arxasında nəhəng işlər, möhtəşəm qələbələr dayanırdı. Budəfəki prezident seçkiləri də, əvvəlkilər kimi, xalqımızın əsl iradəsini əks etdirirdi. Xalq yenə, vaxtilə Sizin də qeyd etdiyiniz kimi, “İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafa səs vermişdir.” Siz xalqımızın bu seçkidə, demək olar ki, bütün səsini qazanan şəriksiz bir Lidersiz. Milyonlardan biri kimi əminliklə deyə bilərəm ki, Siz bizim özümüzsüz, Siz bizm səsimizsiz.
Və əmin olun: Dövlətimiz və xalqımız durduqca, yaşadıqca bizim duamız, alqışımız, bizim səsimiz Sizinlə olacaq!
Mən, sözün əsl mənasında, fəxr edirəm ki, Siz mənim Prezidentimsiniz, bizim Prezidentimizsiniz. Əlahəzrət fakt qarşısında hamı acizdir: “Siz dünyaya göstərdiniz ki, mən varam, Azərbaycan xalqının sevimli oğluyam, Azərbaycan Prezidentiyəm”
Sizə inamımız və güvənimiz sonsuzdur.
Dərin hörmət və ehtiramla,
Hüseynbala Mirələmov,
yazıçı-dramaturq, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.