Zaur Muradovdan, İsmayıllı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
20 fevral 2024, 13:05
Hörmətli cənab Prezident,
Fevralın 7-də xalqımız Sizə sonsuz dəstəyini ifadə edərək, öz Müzəffər Liderini seçdi. Ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının aparatı və çoxsaylı üzvləri adından Sizi səmimi-qəlbdən təbrik edirik.
İnamlı qələbəniz xalqımızın Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bu nəticə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun son iyirmi ildə Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində ölkə daxilində, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərinizə verilmiş qiymətdir.
Qürur hissi ilə deyə bilərik ki, Sizin qətiyyətinizin zirvəsində tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Əminik ki, Azərbaycan Sizin kimi qətiyyətli Prezidenti ilə yeni-yeni qələbələrə imza atacaq, yüksək zirvələr fəth edəcəkdir.
Cənab Prezident, Azərbaycanımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayır, xalqımıza sülh və əmin-amanlıq diləyirik.
Ulu Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
YAP İsmayıllı rayon təşkilatının çoxsaylı üzvləri adından:
Zaur Muradov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.