logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Royal Şahverənovdan, Biləsuvar, Azərbaycan

Text size icon-size icon-size

20 fevral 2024, 18:05

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində tarixi qələbəniz münasibətilə Sizi təbrik edirəm. Sizə bu şərəfli və olduqca məsuliyyətli işinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Fevralın 7-də xalqımız öz iradəsini ifadə edərək Sizə inam və etimadını bir daha təsdiqlədi. Bununla da müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələyə başlanıldı.

Cənab Prezident, Sizin ailə üzvlərinizlə birlikdə Xankəndidə səs verməyiniz olduqca qürurverici idi. Siz həmişə xalqımıza sevinc bəxş edirsiniz. Allah da hər zaman Sizi sevindirsin.

Sizə uzun ömür, cansağlığı, Vətənimiz və xalqımız naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Royal Vəkil oğlu Şahverənov

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Aranlı kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi