Əziz Qasımovdan, Naxçıvan, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
20 fevral 2024, 17:08
Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Sizi növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə əldə etdiyiniz qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin növbəti dəfə Prezident seçilməyiniz ölkəmizə yeni başlanğıclar və bizə böyük ümidlər vəd edir.
Gənclər üçün Prezident mükafatçılarından biri kimi, mən də Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə formalaşan gənclərdənəm. Sizin liderliyinizlə bu gün ölkəmizdə gənclərin cəmiyyətdə fəal iştirakını və onların şəxsi inkişafını stimullaşdıracaq bir mühit yaranıb.
Biz gənclər də Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətimizdə daim rəhbər tutaraq, Sizin başçılığınız altında Azərbaycanın müstəqilliyinin əbədi olması üçün “Dəmir yumruq” ətrafında birləşməli olduğumuzu tam məsuliyyətimizlə dərk edirik.
Cənab Prezident, bir daha bu mühüm vəzifədə Sizə uğurlar arzulayıram və əminəm ki, Sizinlə ölkəmiz daha böyük zəfərlərə imza atacaq.
Mən Ulu Öndərimizin məşhur kəlamına əsaslanıb demək istəyirəm ki, Azərbaycan gənci olmağımla fəxr edirəm! Çünki biz qalib ölkənin gəncləriyik və bununla qürur duyuruq!
Dərin hörmət və ehtiramla,
Əziz Kamal oğlu Qasımov
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, 2022-ci il Gənclər üçün Prezident mükafatçısı
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.