logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Niymət Yusibovdan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

19 fevral 2024, 15:32

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbəniz Sizin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərinizin məntiqi nəticəsidir. Sizin uğurlu daxili və xarici siyasətiniz hər zaman Azərbaycana böyük nailiyyətlər qazandırıb. Ona görə də xalq Sizi dəstəkləyir, ətrafınızda sıx birləşib.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin daha da qüdrətlənməsi naminə qətiyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Xalqımızın Sizə olan sevgisi əbədidir.

Hörmətlə,

Niymət Yusif oğlu Yusibov

Azərbaycan Respublikası, Şəki rayonu, Orta Zəyzid kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi