İtaliyanın müdafiə naziri Quido Krosetto Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib
Text size
19 fevral 2024, 14:20
İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Nazir Quido Krosetto bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan Prezidentinə ən xoş arzularını çatdıran italiyalı nazirin paylaşımında deyilir: "Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır. Biz ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq sayəsində indiyə qədər tutduğumuz yolda əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəyik".