logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ərtur Baxışdan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

19 fevral 2024, 12:34

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik. Seçkilərdə qazandığınız parlaq qələbə Sizin ölkə vətəndaşları arasında şəksiz nüfuzunuzu və Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətinizə verilən yüksək qiyməti bir daha təsdiq etdi. Sizin rəhbərliyinizlə Azərbaycanın qüdrətinin daha da artacağına, xalqın rifahının daha da yüksələcəyinə əminik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanın tərəqqisi, xalqın firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Ərtur Vüsal oğlu Baxış

Azərbaycan Respublikası, Şəki şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi