İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursodan
19 fevral 2024, 11:38
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əziz Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqı ənənəvi və yüksək səviyyəli ikitərəfli münasibətlərimizə uyğun olaraq daim uğurlu nəticələr əldə etməkdə davam edəcəkdir.
2023-cü ildə Bakıda keçirilmiş görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram və Sizinlə tez bir zamanda İtaliyada və ya ölkənizdə yenidən görüşəcəyimə ümid edirəm.
Sizə ən yüksək ehtiramımı bildirir, səmimi salamlarımı çatdırıram.
Hörmətlə,
Adolfo Urso
İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri