logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tubuxanım Qasımzadədən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

19 fevral 2024, 19:00

Möhtərəm cənab Prezident,

Sizə gələcək fəaliyyətinizdə daha da böyük uğurlar arzulayıram.

Hər zaman varlığınıza güvənərək, Sizə bir vətəndaş kimi müraciət edərək hər bir məsələnin ədalətli həllini tapmışam. Heç vaxt həvəsdən düşməmişəm, çünki bilmişəm ki, Prezidentimiz haqq-ədalət rəmzidir.

Fevralın 7-də keçirilən prezident seçkilərində xalq Sizə yekdilliklə səs verdi. Əslində xalqımız Sizə könlündə ömürlük səs verib. Siz xalqınızın əvəzolunmaz Liderisiniz! Biz alimlər ordusu da daim Sizinləyik!

Hər zaman Sizə sadiq olan Qasımzadə-Useynovlar alimlər ailəsi adından Sizi təbrik edirəm!

Dərin hörmət və ehtiramla,

Qasımzadə Tubuxanım Elman qızı

biologiya elmləri doktoru, dosent

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi