İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur
Text size
16 oktyabr 2012, 17:49
Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Zirvə Toplantısının əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.