logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rafiq Həziyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

19 fevral 2024, 16:14

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik dövründə ilk dəfə olaraq azad Qarabağ da daxil olmaqla bütöv Azərbaycan ərazisində keçirilmiş növbədənkənar prezident seçkiləri Sizin müdrik siyasətinizin təntənəsidir.

Cənab Prezident, Siz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi tarixi missiyanı yerinə yetirərək Qarabağ həsrətimizə son qoydunuz.

Sizə yeni prezidentlik dövründə uğurlar, həyatda isə cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram.

ALLAH Sizi ailənizin və Azərbaycan xalqının başının üstündən əskik etməsin!

AMİN!

Hörmətlə,

Rafiq Həziyev,

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi