logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Günel Ağayeva və başqalarından, Suqovuşan, Azərbaycan

Text size icon-size icon-size

19 fevral 2024, 15:18

Hörmətli cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə qəsəbəmizin sakinləri adından təbrik edirik. Siz Ulu Öndərimizin layiqli davamçısı, Azərbaycan tarixinin məğlubedilməz sərkərdəsi, həm siyasət meydanında, həm də müharibə meydanında hər zaman qələbə çalan müdrik dövlət başçısısınız!

Pozulmuş ərazi bütövlüyümüzün bərpası Sizin zəfərinizin zirvəsidir. Əminik ki, bundan sonra da Azərbaycanımız Sizin rəhbərliyinizlə daha çox inkişaf edəcək, qızıl hərflərlə yazdığınız şanlı tarix səhifələrinin sayı artacaqdır.

Hörmətlə,

Günel Ağayeva,

Gülşən Ağayeva,

Arzu Hümbətov,

Gültəkin Ağayeva,

Slavik Ağayev

Azərbaycan Respublikası, Tərtər rayonu, Suqovuşan qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi