logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əjdər Həsənov və ailə üzvlərindən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

19 fevral 2024, 16:00

Hörmətli cənab Prezident,

Bildirmək istəyirəm ki, mən Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Ümummili Lideri Heydər Əliyevə daim sadiq olan bir vətəndaş olaraq hər bir zaman onun daxili və xarici siyasətini öz əməli işimlə müdafiə etmişəm. Ulu Öndərimizin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandanın – Sizin də daim dəstəkçiniz olmuşam. Keçirilən bütün prezident seçkilərində ailə üzvlərimlə birlikdə Sizin namizədliyinizi müdafiə etmişik.

Cənab Prezident, Sizin 2023-cü ilin dekabrın 7-də növbədənkənar prezident seçkiləri haqqında verdiyiniz Sərəncam xalqımız tərəfindən çox yüksək qiymətləndirimişdir. Belə ki, 44 Günlük Vətən Müharibəsindən sonra dövlətimizin suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu tamamilə bərpa olunmuşdur.

Sizin rəhbərliyinizlə 2023-cü ilin noyabrın 8-də Zəfər Günündə keçirilən paradda Xankəndidə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin marş sədaları altında paraddan nizamla addımlayaraq keçmələri, nəinki Azərbaycanda, hətta dünyada çox böyük əks-səda doğurdu. Ölkəmizi istəməyən dövlətlərə, o cümlədən də Ermənistana çox böyük göz dağı oldu. Paraddakı çıxışınız çox aydın və qətiyyətli idi.

Siz iyirmi illik prezidentlik dövrünüzdə əsas qayəniz Qarabağ torpaqlarımızı işğaldan azad etmək olmuşdur. Ulu Öndər Heydər Əliyevin Sizə olan ata vəsiyyətini yerinə yetirmiş oldunuz. Ümummilli Liderin memarı olduğu müasir müstəqil Azərbaycan dövlətinin nə qədər etibarlı əllərdə olduğunu bir daha xalqımıza sübut etdiniz. Biz keçmiş məcburi köçkünlər gördüyünüz bütün uğurlu işlər üçün daim Sizə minnətdarıq.

Hörmətli cənab Prezident, Sizin uğurlu siyasətiniz nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə prezident seçkiləri keçirildi və həmin seçkidə Qarabağ ərazisində yaşayan vətəndaşlarımız qürur hissi ilə seçkidə iştirak etdilər. Əvvəlki illərdə olduğu kimi ailə üzvlərimlə birlikdə prezident seçkilərində bir daha Sizin namizədliyinizi müdafiə etdik. Qədirbilən xalqımız 44 Günlük Vətən müharibəsi dövründə Sizin “dəmir yumruğu”nuz ətrafında birləşdiyi kimi seçkilərdə də Sizin ətrafınızda sıx birləşdilər və “Zəfər” seçkisi kimi tarixə düşdü.

Seçkilərdə Siz və ailə üzvləriniz 36 ildən sonra Xankəndində keçirilən prezident seçkilərində ilk dəfə iştirak etməyiniz Azərbaycan xalqında və keçmiş məcburi köçkünlərdə çox böyük ruh yüksəkliyi yaradaraq bizi sevindirdi. Sizin uğurlu siyasətiniz

nəticəsində bütün Qarabağ ərazisində keçirilən seçkilər bir daha dünya dövlətlərinə bir mesaj oldu ki, Azərbaycan dövlətinin suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu tam bərpa olunmuşdur. 7 fevralda keçirilmiş prezident seçkilərində xalqımızın

mütləq əksəriyyəti Sizi dəstəkləyərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi.

Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və parlaq qələbə qazanmağınız münasibətilə mən və ailə üzvlərim Sizi səmimi-qəlbdən təbrik edir, uzun ömür, cansağlığı və gələcək işlərinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Əjdər Həsənov və ailə üzvləri.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi