logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zöhrab Süleyman və Elnur Süleymanovdan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

19 fevral 2024, 13:27

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Tələbələrin ən böyük Dostu!

Sizi öz adımızdan və idarəçisi olduğumuz "Azərbaycan Universitetləri" feysbuk səhifəsinin çoxminli tələbələri adından növbədənkənar prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə ürəkdən təbrik edirik.

Hamı kimi Azərbaycan tələbələri də öz Liderinə öz Prezidentinə növbəti dəfə inandı və səs verdi. Çünki qalibiyyəti uzun illərdən sonra bizə bəxş edən, dövlətimizin inkişafı va firavanlığı yolunda yorulmadan çalışan bir Prezidentimiz var. Bu cür lider hər xalqa nəsib olmur. Biz çox şanslıyıq. Hər kəs kimi tələbələr də Sizi çox sevir və Sizin ətrafınızda sıx birləşib.

Bir daha inamlı qələbə münasibətilə Sizi təbrik edir, Sizə bu çətin və şərəfli yolda böyük uğurlar diləyir, daim Sizə dəstəyimizi bildiririk.

Var olun!

Hörmətlə,

Zöhrab Süleyman və Elnur Süleymanov.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi