Əsməgül Seyidovadan, Mingəçevir, Azərbaycan
Text size


19 fevral 2024, 13:13
Möhtərəm cənab Prezident.
Mən, şəhid Seyidov Şahmar Fikrət oğlunun anası olaraq Sizi özümün və ailəmin adından Azərbaycan Respublikasında Prezident seçkilərinin uğurla keçirilməsi və Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Allah Sizə və ailənizə uzun ömür, can sağlığı versin, ölkəmizdə hər zaman sülh və əmin-amanlıq olsun.
Övlad ağrı-acısı nə qədər çətin olsa da, torpaqlarımızın azadlığı ilə təsəlli tapırıq. Şükür Allaha, şəhidlərimizin qanı yerdə qalmadı.
Uğurlarınız hər zaman bol olsun, cənab Prezident.
Hörmətlə,
Əsməgül Seyidova,
şəhid anası
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.