logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yeganə Cəfərovadan, Toronto, Kanada

Text size icon-size icon-size

17 fevral 2024, 12:06

Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan,

Kanadanın Toronto Şəhər Təhsil Mərkəzinin xarici dillər bölməsinin Azərbaycan dili sinfinin müəllim kollektivi adından və şəxsən öz adımdan Sizi növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın Vətən müharibəsindəki şanlı Qələbəsi müasir tariximizə qızıl hərflərlə yazıldı. Otuz ildən sonra işğaldan azad olunmuş ata-baba torpaqlarımızda bu gün yenidənqurma işləri sürətlə davam etdirilir.

Ölkəmizin əmin-amanlığı, xalqımızın firavanlığı naminə görəcəyiniz işlərdə Sizə uğurlar arzulayıram. İnanıram ki, qalib ölkənin qalib vətəndaşlarının rifahı Sizin düşünülmüş qərarlarınız nəticəsində gündən-günə yüksələcək. Torpaqlarımıza bir daha düşmən ayağı dəyməyəcək. Çünki Sizin kimi Ali Baş Komandanın “dəmir yumruğu” hər zaman düşmənə öz yerini göstərməyə qadirdir.

Biz qalib xalqın xaricdə yaşayan qalib nümayəndələri kimi Müzəffər Liderimizlə fəxr edirik. Sizin rəhbərliyinizlə Vətənimizin daha böyük nailiyyətlər əldə edəcəyinə əminik.

Hörmətlə,

Yeganə Cəfərova

Toronto Şəhər Təhsil Mərkəzinin xarici dillər bölməsinin

Azərbaycan dili sinfinin rəhbəri və baş müəllimi

Kanada, Toronto

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi