logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zahid Məmmədovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

17 fevral 2024, 16:18

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində tarixi qələbəniz münasibətilə Sizi təbrik etməkdən sevinc duyuram. 7 fevral seçkiləri tariximizə əbədi olaraq yazılacaq.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan öz torpaqlarında erməni işğalına, separatizmə son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Böyük Zəfər məhz Sizin yürütdüyünüz düşünülmüş siyasətin nəticəsidir. Sizin saysız-hesabsız nailiyyətləriniz həyatın hər bir sahəsində özünü təzahür etdirir, Azərbaycanımız güclənir, inkişaf edir, çiçəklənir.

Möhtərəm Prezident, Sizi uğurlu qələbəniz münasibətilə bir daha təbrik edirəm, Sizə cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Zahid Fərrux oğlu Məmmədov, Əməkdar müəllim, professor

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi