logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xuraman Muradovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

17 fevral 2024, 12:42

Möhtərəm Ali Baş Komandan, cənab Prezident,

Siz xalqa həsr edilən şərəfli ömrünüzün 20 ilini əsrə bərabər illər kimi yaşayan dahi İnsansınız!

Bu məmləkətin Qarabağ boyda yarasını Bayraqla sarıyan şəfalı Təbib, Loğmansınız.

Vətən savaşının memarı, Şuşa qalasının xilaskarı, könüllərimizin Fatehisiniz!

Xalqın sonsuz inamını, etimad və sevgisini qazanaraq Prezident seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Yürütdüyünüz bu müqəddəs yolda ən sadiq tərəfdarlarınızdan biri olaraq addımlamaqdan qürur duyuram.

Dərin hörmət və ehtiramla,

Muradova Xuraman, “VİP Milan” Hospitalının direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi