logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Süleyman İsmayılbəylidən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

16 fevral 2024, 19:05

Hörmətli cənab Prezident,

Sizi fevralın 7-də ölkədə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə təşkilatımız adından ürəkdən təbrik edir, Sizə bundan sonrakı fəaliyyətinizdə uğur və nailiyyətlər arzulayırıq.

Möhtərəm cənab Prezident, 7 fevral seçkiləri təkcə sıradan bir siyasi hadisə deyildi, bu eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü təsbit edən, onu dünyaya nümayiş etdirən tarixi əhəmiyyətli hadisə idi. Bu seçki ilk dəfə Azərbaycan Respublikasının bütün ərazilərində keçirilən seçki kimi tarixə düşdü. Bu tarixi isə məhz Siz yazdınız. Sizin ötən 20 ildən artıq müddətdə həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsində buna nail olduq, xalqımıza bu sevinci yaşatdınız. 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən başlıca amillərdən biri Sizin Ali Baş Komandan kimi tarixi Zəfərə imza atmağınız oldu. Məhz Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu 30 illik işğala, 200 illik erməni yalanlarına son qoyaraq tarixi ərazilərimizdə suverenliyimizi tam bərpa, şəhər və kəndlərimizi işğaldan azad etdi. Siz Azərbaycan dövlətini və xalqını Zəfərə qovuşdurdunuz. Bir vaxtlar beynəlxalq tədbirlərdə boynubükük, qəddimiz əyilmiş halda iştirak etdiyimiz halda, bu gün həmin tədbirlərdə vətəndaş cəmiyyətinin nümayəndələri olaraq alnımız açıq, məğrur, başımız dik gəzirik. Bütün bunlara görə isə Sizə borcluyuq.

Cənab Prezident, seçkilərdə qazandığınız qələbə münasibətilə bir daha Sizi təbrik edir, Azərbaycanın daha da inkişaf etdirilməsi istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Süleyman İsmayılbəyli

“Təhsilə dəstək və maarifləndirmə” İctimai Birliyinin sədri, Əməkdar jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi