İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Erşad Salihidən
16 fevral 2024, 15:41
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident, qalib xalqın qalib Lideri.
Sizi yenidən Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Seçkilərdə qələbəniz Azərbaycan xalqının Sizin liderliyinizə olan inamının göstəricisidir.
Can Azərbaycanı daha da inkişaf etdirəcəyinizə, xalqın firavanlığını daha da artıracağınıza tam əminəm.
Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq miqyasda təsirli rolu və regionda sülhə töhfələri təqdirlə qarşılanır.
Türkmən elinin Azərbaycanla qardaşlıq bağlarını daha da möhkəmləndirmək əzmimiz və iradəmiz daim yüksəkdir.
Cənab Prezident, Azərbaycanın tərəqqisi və xalqın rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Erşad Salihi
İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri,
İraq Türkmən Cəbhəsinin Kərkük millət vəkili