logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qəhrəman Sadiyevdən, Almatı, Qazaxıstan

Text size icon-size icon-size

16 fevral 2024, 16:05

Hörmətli cənab Prezident.

Qazaxıstan Respublikasının Almatı şəhərində yaşayan bütün azərbaycanlılar adından növbədənkənar prezident seçkilərində inamlı qələbəniz və Azərbaycan xalqının mütləq etimadını qazanmağınız münasibətilə Sizi təbrik edirəm.

Biz xoşbəxtik ki, Siz bizim prezidentimizsiniz. Siz düşmən tapdağı altında olan torpağı azad edən, xalqımızın namusunu özünə qaytaran lidersiniz.

Hörmətli Prezident, Siz və atanız, ulu öndər Heydər Əliyev Azərbaycanın taleyini, xalqın yolunu müəyyən etdiniz. Siz Azərbaycanın min illik tarixinə öz adlarınızı və nailiyyətlərinizi qızıl hərflərlə əbədi yazmısınız. Məhz Sizin müdrik və strateji qərarlarınız işğal olunmuş torpaqların Azərbaycan xalqına qaytarılmasına kömək etdi.

Sizin uzaqgörən rəhbərliyiniz sayəsində Azərbaycan bütün sahələrdə müstəsna uğurlar qazanıb və dünya arenasında öz layiqli yerini tutub.

Biz Qazaxıstandan Vətənimizdə baş verən hadisələri diqqətlə izləyir, Sizin siyasətinizi dəstəkləyir və qlobal səviyyədə Lider kimi yüksək nüfuzunuzla fəxr edirik.

Bu seçkilər xalqın birliyinin, demokratik və şəffaf seçkilərin, xarici müşahidəçilərin bolluğunun, yüksək seçici fəallığının və şəffaflığın nümunəsi oldu. Azərbaycan sabit şəraitdə demokratik seçkilər keçirməklə, xalqın dövlət başçısın dəstəyini göstərməklə dünyaya nümunə oldu. Seçkilərin nəticəsi gözlənilən idi - Qalib ölkə xalqı öz Liderinə, Qalibinə inamını ən yüksək səs çoxluğu ilə göstərdi.

Biz Sizə inanırıq və bilirik ki, inamla Sizin arxanızca addımlamaq olar. Siz Azərbaycanın xoşbəxt gələcəyinin qarantısınız.

Qazaxıstanda yaşayan azərbaycanlılar Sizə, gözəl ailənizə möhkəm cansağlığı, uzun ömür və səadət, ümumi evimiz Azərbaycana isə çiçəklənmə və qarşıya qoyulan məqsədlərin həyata keçməsini arzulayırlar.

Hörmətlə,

Sadiyev Qəhrəman Sənan oğlu, Almatı Şəhər Azərbaycanlıları Assosiasiyasının sədri.

Qazaxıstan Respublikası, Almatı şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi