Firidun İbrahimidən, Bakı, Azərbaycan
16 fevral 2024, 18:31
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi olaraq Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Sizə bu şərəfli vəzifənizinin icrasında, Azərbaycan dövlətinin və Azərbaycan xalqının rifahi naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirik.
Qalib xalqın qalib lideri və həqiqətdən yaranan bu ifadə 7 fevral 2024-cü il tarixində bir daha öz təsdiqini tapdı. Azərbaycan xalqı prezident seçkiləri günü Sizə həmrəy olduğunu bütün dünyaya göstərdi. Ulu öndər Heydəri Əliyev siyasətinin davamçısı olaraq Siz Prezident olduğunuz 20 ildə müstəqil Azərbaycan Respublikasını dünya dövlətləri sırasında söz sahibi səviyyəsinə qaldırımsınız. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycanlıların problemləri ilə yaxından daim məşqul olmuşdur. O cümlədən görkəmli mədəniyyət və incəsənət xadimləri - Balaş Azəroğlu, Söhrab Tahir, Hökümə Billuri, Əli Tudə, Mədinə Gülgün, Rübabə Muradova, Həsən Əbluc və digərlərinin zəhmətlərini yüksək qiymətləndirərək, onları fəxri adlar və dövlət mükafatları ilə təltif etmişdir.
Bu gün Siz də nəinki Azərbaycanda, hətta xarici ölkələrdə belə yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanırsınız. Buna örnək olaraq 2022-ci ilin noyabr ayında Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə, eləcə də başqa mötəbər qurum və yığıncaqlarda söylədiyiniz nitqlərinizdə dünyada yaşayan bütün azərbaycanlıların prezidenti olduğunuzu sübut etdiniz, bu da biz Cənubi azərbaycanlılar üçün qürurvericidir.
Biz daim Sizin apardığınız daxili və xarici siyasətinizi dəstəkləyir, bir daha Sizi Azərbaycan Respublikasına Prezidenti seçildiyiniz münasibəti ilə ürəkdən təbrik eoirik.
Hörmətlə,
İbrahimi Firidun, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri