logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aleksandriya Sultan von Bruseldorfdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

16 fevral 2024, 14:36

Hörmətli cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Qələbəniz Azərbaycan xalqının Sizə göstərdiyi etimad və inamla yanaşı, Sizin xalqın rifahı və ölkənin tərəqqisi naminə verdiyiniz sözə sadiqliyinizi təsdiq edir.

Azərbaycan son iyirmi il ərzində müxtəlif sahələrdə böyük inkişafın və nailiyyətlərin şahidi olmuşdur.

Qarabağda qazandığımız Şanlı Qələbə xalqımızın qəlbini sonsuz qürur və fərəhlə doldurdu. Sizin qətiyyətli rəhbərliyiniz və Azərbaycanın Müzəffər Ordusunun rəşadəti gələcək nəsillərin yaddaşında qalacaqdır.

Uzaqgörənliyiniz və prinsipiallığınız sayəsində xalqımız çətinliklərin öhdəsindən gəldi və indi bu möhtəşəm Zəfərlə biz həmişəkindən daha güclüyük.

Cənab Prezident, Sizin yenidən Prezident seçilməyiniz həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun daha da artmasının, güclənməsinin qarantıdır. Əminik ki, Sizin davamlı rəhbərliyiniz altında Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara və tərəqqiyə nail olacaqdır.

Sizin uzaqgörən rəhbərliyiniz mən də daxil olmaqla bir çox xaricdə yaşayan azərbaycanlılar üçün ilham mənbəyi olub və bizi Azərbaycana geri qayıtmağa ruhlandırıb.

Azərbaycan əsilli bir amerikalı kimi Vətənim Azərbaycana olan dərin köklü bağlılığım bütün həyatım boyu qaldı və məni Bakıya səyahət etməyə sövq etdi. Mən hazırda Azərbaycan Milli Konservatoriyasında musiqi sənəti fakültəsi üzrə doktorantura təhsili alıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, o cümlədən ailə üzvlərinizə və xalqımıza firavan həyat arzu edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

Hörmətlə,

Aleksandriya Sultan von Bruseldorf,

Azərbaycan Amerika Cəmiyyətinin üzvü, 

Azərbaycan Milli Konservatoriyasının doktorantı

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi