İlham Əliyev UEFA-nın prezidentini qəbul etmişdir
Text size
13 oktyabr 2012, 16:15
Prezident İlham Əliyev UEFA-nın prezidenti Mişel Platinini qəbul etmişdir.
Görüşdə FİFA U-17 qadınlararası futbol üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edildi, yarışların ölkəmizdə böyük maraqla izlənildiyi bildirildi.
Görüşdə, həmçinin Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən futbolun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmi vurğulandı.