Rauf Zeynidən, Bakı, Azərbaycan
16 fevral 2024, 12:34
Möhtərəm cənab Prezident,
Sizi 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun üzvləri adından təbrik edirik.
Azərbaycan xalqının adını qalib xalqlar siyahısına qızıl hərflərlə yazan, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən Liderin qələbə qazanması labüd idi. Bu, Sizin müdrik siyasətinizə Azərbaycan xalqının inamını bir daha sübut etdi.
Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, səadət, Vətənimizin daha da inkişafı naminə qətiyyətlə və əzmlə həyata keçirdiyiniz milli, bəşəri, mütərəqqi siyasətinizdə yeni-yeni uğurlar və qələbələr arzulayırıq.
İnanırıq ki, Sizin rəhbərliyinizlə dövlətimiz daha da inkişaf edəcək, Ordumuz daha da güclənəcək, Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq, Azərbaycan xalqı dünya arenasında yeni qlobal layihələrə, yeni tarixi qələbələrə imza atacaqdır.
Dərin hörmət və ehtiramla,
Rauf Zeyni
Azərbaycan Milli QHT Forumunun prezidenti.
Azərbaycan Respublikası, Bakı şəhəri.