İman Almuradov və başqalarından, Tərtər, Azərbaycan


15 fevral 2024, 17:12
Hörmətli cənab Prezident,
Sizi – qalib xalqın qalib Liderini növbədənkənar Prezident seçkilərində qazandığınız qələbə münasibətilə ürəkdən təbrik edirik.
Siz 30 ildən sonra Azərbaycanı yenidən bütövləşdirdiniz. 30 ildən sonra işğaldan azad edilmiş ərazilərin sakinləri öz doğma yurdlarına qayıdaraq Sizə - qalib Sərkərdəyə səs verdi. Çox sağ olun, əziz Prezidentimiz, bundan böyük sevinc hissi ola bilməz!
Biz Sinizlə fəxr edir, qürur duyuruq. Sizin yenidən Prezident seçilmənizlə bağlı yaşadığımız sevinc hiss hüdudsuzdur. Xalqımız öz seçimi ilə bir daha sübut etdi ki, Vətənini canından artıq sevən Layiqli oğlunun arxasındadır, ona dəyər verir.
İnanırıq ki, Azərbaycanın gələcəyi Sizinlə daha gözəl olacaq, xalqımız daha xoşbəxt, daha firavan yaçayacaq. Bir daha Sizi səmimi qəlbdən təbrik edirik.
Hörmətlə,
Almuradov İman,
Mehdiyev Knyaz,
Yusifov Nəsimi,
Naibov Asəf,
Ağayeva Bəsdi
Azərbaycan Respublikası, Tərtər rayonu, Səhləbad kəndi