Türkiyənin Hak İşçi Sendikaları Konfederasiyasının baş direktoru Mahmud Arslandan
15 fevral 2024, 16:27
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanda keçirilən seçkilərdə qalib gələrək yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizi Hak İşçi Sindikatları Konfederasiyası adından təbrik edir, seçkilərin nəticələrinin dost və qardaş Azərbaycan xalqı və bölgəmiz üçün xeyirli olmasını diləyirəm.
Konfederasiyamız “Bir millət, iki dövlət” şüarı ilə Türkiyə və Azərbaycanın həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişafını ölkələrimizin ictimai əlaqələrinin və tərəqqinin bir vasitəsi hesab edir. Bu əməkdaşlığın həm ölkələr arasındakı dostluğu daha da möhkəmləndirəcəyinə, həm də davamlı inkişaf hədəfinə töhfə verəcəyinə inanırıq.
Cənab Prezident, Sizin uğurlu fəaliyyətinizin Azərbaycan xalqına tərəqqi, rifah və əmin-amanlıq gətirməkdə davam edəcəyinə inanırıq.
Hörmətlə,
Mahmud Arslan
Türkiyənin Hak İşçi Sendikaları Konfederasiyasının
baş direktoru