logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Adilə Əliyevadan, Fransa Respublikası

Text size icon-size icon-size

15 fevral 2024, 16:00

Möhtərəm cənab Prezident.

Fədakar rəhbərliyinizlə tam azad edilmiş ərazilər də daxil olmaqla ilk dəfə bütün Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı Sizi – çox böyük nüfuza malik, dərin inam və sevgi bəslədiyi Müzəffər Ali Baş Komandanı, təhlükəsiz və firavan gələcəyin təminatçısını seçdi.

Dünyanın ən nüfuzlu, güclü liderlərindən biri olaraq Siz ölkənin ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmisiniz, iqtisadiyyatını, mədəniyyətini, incəsənətini inkişaf etdirmisiniz. Bir sözlə, Siz Azərbaycanın bütün vətəndaşlarının arzu və istəklərini həyata keçirirsiniz. Sizə sonsuz təşəkkür edirəm.

Dərin ehtiramla,

Adilə Əliyeva

Azərbaycanın Əməkdar artisti, pianoçu,

Azərbaycanın “Dostluq” ordeni,

Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilmiş,

BMT nəzdində Universal Sülh Federasiyasının sülh səfiri,

Fransa Respublikası

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi