Sevda Hacıyevadan, Bakı, Azərbaycan


15 fevral 2024, 18:31
Hörmətli cənab Prezident,
Sizi yenidən qalib Azərbaycanın Rəhbəri görmək çox sevindirici və qürurverici bir haldır. Azərbaycan xalqının dünəni, bu günü və sabahı üçün gördüyünüz misilsiz işlərə və imza atdığınız uğurlara görə xalqımız 20 il bundan qabaq necə düzgün qərar vermişdirsə, bu gün də gələcəyimizin daha da firavan olması, müstəqil, bütöv və suveren dövlətimizin daha da inkişafı üçün yenidən Sizə etimad göstərməsi şəxsən məni və ailəmi hədsiz dərəcədə sevindirdi.
Yenidən Azərbaycan Respublikasının və ən əsası hər bir vətəndaşın əziz Prezidenti olmağınız münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edirəm. Sizə bu çətin yolda qətiyyət, dözüm, müvəffəqiyyət, ən önəmlisi cansağlığı arzulayıram.
Suraxanı rayonu 2 saylı uşaq evinin kollektivi adından hörmətlə,
Hacıyeva Sevda Həbib qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.