Ramin İbrəhimovdan, Saatlı, Azərbaycan


15 fevral 2024, 18:16
Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi “Qarabağ Qaziləri” İctimai Birliyinin Saatlı rayon filialının üzvləri adından təbrik edirəm.
Qarabağ qazilərinə, müharibə veteranlarına və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Bu, Sizin ümumilikdə vətəndaşlara olan diqqətinizin təzahürüdür.
Dövlətimizin, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə növbəti prezidentlik fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirik.
Xalqımız daim Sizinlədir!
Allah Sizi qorusun!
Hörmətlə,
Ramin Akif oğlu İbrəhimov
“Qarabağ Qaziləri” İctimai Birliyinin Saatlı rayon filialının sədri
Azərbaycan Respublikası, Saatlı rayonu, Qıraqlı kəndi.