logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ruslan Hacıyevdən, Gürcüstan

Text size icon-size icon-size

15 fevral 2024, 17:44

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilən seçkilər ölkə vətəndaşlarının Sizə olan yüksək etimadını bir daha nümayiş etdirdi.

İnanıram ki, müdrik rəhbərliyiniz nəinki Azərbaycanda, eləcə də bütün bölgədə sülhün və əmin-amanlığın qarantı olacaqdır.

Cənab Prezident, Sizə Azərbaycan xalqının rifahı naminə, həmçinin dünya azərbaycanlılarının birliyi və inkişafı yolunda qarşıya qoyduğunuz ali məqsədlərə nail olmağınızı arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Ruslan Hacıyev, Gürcüstanın sabiq deputatı.

Gürcüstan.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi