Avropa yəhudilərinin Bakı dini icmasından, Bakı, Azərbaycan


15 fevral 2024, 17:59
Çox hörmətli cənab Prezident,
Suverenliyimizi tam bərpa etdikdən sonra Azərbaycanın bütün ərazisində, o cümlədən Sizin rəhbərliyiniz altında azad edilən torpaqlarda ilk dəfə keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Azərbaycan Avropa Yəhudiləri İcması adından Sizi ürəkdən təbrik edirik.
Seçicilərin yekdil dəstəyi Azərbaycan xalqının Sizin yüksək nüfuzunuza tam etimad göstərdiyini təsdiq etdi.
Sizin Azərbaycanda yaşayan bütün xalqların həyat səviyyəsinin yaxşılaşmasına verdiyiniz töhfə göz qabağındadır. Sizin davamlı əməyiniz sayəsində ölkə vətəndaşlarının həyatı hər gün daha da yaxşılaşır, daha keyfiyyətli, xoşbəxt olur. Bu, Azərbaycanın böyük yəhudi icmasında da tam hiss olunur. Sizin rəhbərliyiniz sayəsində ölkəmizdə hamı üçün əlverişli, tolerant mühit yaradılmışdır.
Sizə - möhtərəm Prezidentimizə Azərbaycan xalqının rifahı naminə planlarınızı həyata keçirmək üçün səmimi qəlbdən davamlı uğurlar, möhkəm cansağlığı, əsl xoşbəxtlik və tükənməz güc, qüvvət arzulayırıq.
Hörmətlə,
Aleksandr Şarovski, Avropa yəhudilərinin Bakı dini icmasının sədri
Yevgeni Brenneysen, Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini
Şneor Seqal, Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini
Azərbaycan Respublikası, Bakı şəhəri.