“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2550 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15 fevral 2024, 13:17
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2550 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 255 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.1.2. Cəmiyyətin Müşahidə Şurası üzvlərinin, o cümlədən rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;”;
1.2. 2.2.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:
“2.3. Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edir.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2024-cü il