Türkiyə Vəkillər Kollegiyasının sədri Erinç Sağkandan
15 fevral 2024, 10:57
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən dost və qardaş Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi Türkiyə Vəkillər Kollegiyasının İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən və fəaliyyətinizdə uğurlar arzulamaqdan məmnunluğumu bildirirəm.
İnanıram ki, ölkələrimizin daha parlaq, firavan gələcəyi naminə dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirmək üçün yeni fəaliyyətiniz dövründə də səylərinizi davam etdirəcəksiniz. Həmçinin ölkələrimizdə vəkillik fəaliyyətinin inkişafı, qanunun aliliyinin və insan haqlarının qorunması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyinə əminəm.
Azərbaycan və Türkiyə xalqları arasındakı münasibətlərin tarixi uzaq keçmişə gedib çıxır. Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımız ortaq mədəni mirasa sahibdir.
Cənab Prezident, seçkilərdə qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, qardaş Azərbaycana uğurlar arzulayıram.
Hörmətlə,
Erinç Sağkan
Türkiyə Vəkillər Kollegiyasının sədri