Ülviyyə Həsənovadan, Abşeron, Azərbaycan


15 fevral 2024, 14:31
Hörmətli cənab Prezident,
Ölkəmizə rəhbərlik etdiyiniz ilk gündən Respublikamız inkişaf etmiş, tarixi nailiyyətlər əldə etmişdir. Bu inkişafı hər sahədə müşahidə edirik.
Bizim illər boyu həsrətində olduğumuz doğma Qarabağımız düşmən tapdağından azad edilməklə Vətənimizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu.
Cənab Prezident, fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi təbrik edir, dövlətimizin Sizin rəhbərliyiniz altında daha çox uğurlar əldə edəcəyinə əmin olduğumu bildirirəm.
TANRI Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Ülviyyə Həsənova, şəhidin həyat yoldaşı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.