logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tofiq Dadaşovdan, Moskva, Rusiya

Text size icon-size icon-size

15 fevral 2024, 13:10

Hörmətli cənab Prezident,

Sizi və Azərbaycan xalqını növbəti Qələbəniz münasibətilə ürəkdən təbrik edirəm!

Xalqımızın tarixində qızıl hərflərlə yazılan hadisələr bütün dünyaya göstərdi ki, Azərbaycanın başında çoxmillətli xalqımızı ən çətin vəziyyətdə qələbəyə aparmağa qadir olan Lider dayanır!

Beləliklə, dünya Sizin simanızda bütün məkrli planları alt-üst edən, uzaqgörənliyi ilə xalqını qoruyan, hamı ilə öz dilində danışan təcrübəli siyasi xadim gördü! Siz peşəkar, parlaq bir siyasətçi kimi müasir tarixdə ustadlıq nümunəsi oldunuz.

Sizə və ailənizə cansağlığı və gələcək uğurlar arzulayıram!

Hörmətlə,

Dadaşov Tofiq Həsənağa oğlu

Rusiya Federasiyası, Moskva şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi