logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qurban Vahidovdan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

15 fevral 2024, 12:45

Hörmətli cənab Prezident,

Fevralın 7-də keçirilmiş prezident seçkilərində uğur qazanaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə dindarlar adından səmimi təbriklərimizi çatdırırıq.

Sizin uğurlu liderliyiniz ilə Azərbaycanın inamlı addımlarla əldə etdiyi siyasi və sosial-iqtisadi inkişaf, tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi və dövlətimizin beynəlxalq aləmdə getdikcə artan nüfuzu dindarların qürur mənbəyi olmuşdur.

Sizin müdrik və tolerant siyasətinizin, islam və digər dini konfessiyalara ehtiramınızın nəticəsidir ki, bu gün ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yeni məscidlər tikilir, islam və xristian dini abidələr əsaslı təmir olunur, dindarlar təhlükəsiz şəraitdə ibadətlərini edir, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad mühitində yaşayırlar.

Allah-Təaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqının rifahı naminə bütün planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayırıq.

Hörmətlə,

Mingəçevir şəhəri “Heydər” məscidi dini icması adından,

Qurban Vahidov,

İcmanın sədri

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi