Tural Nurməmmədovdan, Bakı, Azərbaycan
Text size


15 fevral 2024, 10:47
Hörmətli cənab ilham Əliyev,
Azərbaycan gəncliyi hər zaman Sizin uğurlu, uzaqgörən siyasətinizi dəstəkləyir. Məhz bu siyasətin sayəsində bu gün biz Qarabağ torpaqlarında tarixi anlarımızı yaşayırıq. Sizin yenidən Prezident seçilməyiniz xalqımızın xoşbəxt gələcəyinin zəmanətidir.
Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi "Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin üzvləri adından səmimi qəlbdən təbrik edirəm.
Hörmətlə,
Nurməmmədov Tural İbrahim oğlu,
"Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.